25.11.2016-cı il tarixdə Xocalı şəhər 1 saylı Musiqi məktəbində YAP Xocalı rayon Təşkilatı GənclərBirliyinin təşəbbüsü ilə sosial şəbəkələrdə müxalifət tərəfindən paylaşılan qarayaxmalara hazırlı olmaq mövzusunda toplantı keçirildi.
Yığıncada Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının sədri Vahid
Əliyev, Yap Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova və rayonun bir qrup gənc sosial şəbəkə istifadəçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Vahid Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü rayonumuzda da qeyd edildiyini vurğuladı. O, çıxışında bildirdi ki, elmi-texniki tərəqqinin inkişafı nəticəsində informasiya cəmiyyəti yarandı. İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub.
Xocalı rayon gəncləri də sosial şəbəkələrdə çoxdur, ancaq fəal olanları azlıq təşkil edir. Gənclər sosial şəbəkələrdə müxalifətin yaydığı şər-böhtanlara, qarayaxmalara cavab verməli, onlara öz çirkin niyyətlərini həyata keçirmələrinə mane olmalıdırlar.
Bu gün faktdır ki, radikal müxalifətin bir sıra rəhbərləri xaricdə yerləşən maraqlı qüvvələrin əlində siyasi vasitəyə çevriliblər. Əslində, bunu onların özləri də etiraf edirlər. Təbii ki, siyasi ləyaqət anlayışı burada açıq formada önə çıxır. O baxımdan ki, ölkəsini, dövlətini, millətini hansısa xarici maraqlı qüvvələrə, onların mənafeyinə satanlar necə siyasi ləyaqətdən və ya siyasi mədəniyyətdən danışa bilərlər? Ölkəsində baş verən siyasi hadisələrə, həmçinin, seçkilərə münasibətdə yalnız xaricdən verilən göstərişlər əsasında yanaşan Azərbaycan müxalifətinin sözügedən qismi xalqın gözündə bir tük qədər qiymətlərinin olmadıqlarını dəqiq bilirlər. Bu qısqanclıq, paxıllıq hissi isə onların sağa-sola böhtan yağdırmasına, rahat şəkildə təhqirlərə əl atmasına yol açır. Çünki onlar üçün dəyər adlı hər hansı bir sistem qalmayıb. Amma bu siyasi etiketlərdən kənar qüvvələrin nə deməsindən, hansı böhtanı, şəri, yalanı ixrac etmək istəməsindən asılı olmayaraq, bu gün Azərbaycan dövləti iqtisadi-siyasi, sosial cəhətdən günü-gündən möhkəmlənir, inkişaf edir. Ölkəmizdə həyata keçirilən islahatlar, eyni zamanda, söz və mətbuat azadlığının təmin olunmasına da öz töhfəsini verib.
Sonra çıxış edən Aynur Abışova bildirdi ki, müxalifətyönümlü sosial şəbəkə istifadəçiləri dövlətimizə qarşı xoşagəlməz sözlər yazırlar. Əsas məqsədimiz haqsız yazılara cavab yazmaqla onları susdurmaqdır. Bütün rayon gənclərini bu yolda həmrəyliyə çağırıram.
Daha sonra gənclər mövzu ətrafında çıxışlar etdilər, qarşılıqlı müzakirələr apardılar. Gənclər əminliklə bildirdilər ki, dövlətçiliyiməzə xələl gətirəcək hərəkətlərin qarşısını almağa çalışacaq, düzgün mövqe, dönməz əqidə ortaya qoyucaqlar.